UFC döyüşçüsü Arman Tsarukyan hansı ölkəni təmsil etməsi ilə bağlı suala münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, o, Aslanbek Badaevin podkastında açıqlama verərək özünü rus döyüşçüsü kimi gördüyünü, lakin Ermənistanı təmsil etdiyini deyib.
Tsarukyan bildirib ki, UFC ilə müqavilə imzalayarkən ona Ermənistanı təmsil etməsi şərti qoyulub:
“Mən rusiyalı döyüşçüyəm və Ermənistanı təmsil edirəm. Müqavilə bağlayanda dedilər ki, Ermənistanı təmsil etməlisən. Mənim üçün fərqi yoxdur. Əgər kəməri qazansam, yenə Rusiyada qalacaq, çünki burada yaşayıram və məşq edirəm.”
O, Ermənistanı tarixi vətəni adlandıraraq köklərinin oradan gəldiyini vurğulayıb:
“Ermənistan mənim tarixi ana vətənimdir, köklərim oradandır. Burada problem görmürəm, hamımız Sovet İttifaqındanıq.”


