UFC325 tədbirində Maurisio Ruffiyə məğlub olan Rafael Fiziyev sıralamada da geriləyib.

Offsideplus.az xəbər verir ki, o, yeni açıqlanan yüngül çəkinin reytinq cədvəlində 11-ci sıraya enib.

Fiziyevi məğlubiyyətə uğradan Ruffi isə 5 pillə yüksələrək 9-cu yerin yeni sahibi olub.

Siyahıya İliya Topuriya başçılıq edir. İkinci yerdə isə bu çəkidə kəmərin müvəqqəti sahibi Castin Qeyci var.