Orta çəki dərəcəsində keçmiş UFC çempionu Drikus dü Plessinin baş məşqçisi Morne Visser, Xamzat Çimayevlə baş tutan döyüşün gedişatından narazılığını bildirib.
Offsideplus.az xəbər verir ki, o, rəqibin taktikasını "döyüşdən qaçmaq" kimi qiymətləndirib.
Məşqçi Çimayevin yalnız güləşə arxalanmasını tənqid edib:
"Biz Drikusu döyüşməkdən qaçan bir rəqiblə qarşılaşmağa hazırlamamışdıq. Əgər onun yalnız bu üsula əl atacağını əvvəlcədən bilsəydik, hazırlıq planımızı tamamilə fərqli qurardım. Ortada nə yumruq zərbələri, nə də təpiklər var idi; o, sadəcə güləşirdi".
Visser, Çimayevin döyüş boyu aktiv toqquşmadan yayındığını iddia edib:
"Hamzat daim Drikusa yapışıq qalırdı və qarşılıqlı zərbə mübadiləsinə girməkdən imtina edirdi. Arada heç bir boşluq buraxmırdı ki, real döyüş baş tutsun. Lakin bu qarşılaşma bizim üçün böyük təcrübə oldu. Drikus növbəti dəfə onu meydanda yox edəcək".
Qeyd edək ki, onların döyüşü UFC319 tədbirində baş tutub. Çimayev qalib gələrək orta çəkidə kəmərin yeni sahibi olub.


