"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi iranlı müdafiəçi Araş Qadiri ilə 2+1 illik müqavilə imzalanıb.

26 yaşlı futbolçu son olaraq “Traktorsazi”nin şərəfini qoruyub. O, daha əvvəl İranda “Aliminium” və “Peykan” klublarının formasını geyinib.