Daha bir futbolçu "Qarabağ"la yolları ayıra bilər.

Offsideplus.az xəbər verir ki, söhbət Leandro Andradedən gedir. "Beşiktaş" oyunçu ilə yaxından maraqlanır. İstanbul təmsilçisi yarımmüdafiəçini transfer etmək niyyətindədir. 

Məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərə görə, afrikalı üçün klublar arasında rəsmi danışıqlar da start götürüb.