İngiltərə Çempionşipdə 38-ci tur çərçivəsində “Kardiff” “Lids Yunayted”lə qarşılaşıb (2:0).
Offsideplus.azOffsideplus.az xəbər verir ki, görüşlər koronavirus pandemiyası səbəbindən boş tribunalar önündə oynandığı üçün klublar oturacaqlara azarkeşlərin göndərdiyi şəkilləri qoymağa qərar verib. Ancaq sözügedən qarşılaşmada “Lids Yunayted” azarkeşlərindən biri tribunada görünməsi üçün öz şəklini yox,”Əl Qaidə” teror təşkilatının sabiq sədri Üsamə bin Ladenin fotosunu göndərib.
Klub əvvəlcə həmin şəkli tribunaya yerləşdirsə də, təpkilərin ardından onu götürməyə məcbur qalıb. Hadisə yerli mətbuatda geniş müzakirəyə səbəb olub.