ABŞ-nin Lonq Aylend ştatının 17 yaşlı hokkeyçisi Konnor Kasin xeyriyyə matçı zamanı həyatla vidalaşıb.
Offsideplus.az xəbər verir ki, bu barədə "The New York Post" nəşri məlumat yayıb.
Qarşılaşma zamanı huşunu itirən idmançı buzun üzərinə yıxılıb.
İdman zalında ilkin tibbi yardım göstərilən hokkeyçi daha sonra xəstəxanaya aparılıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər.
Xatırladaq ki, xeyriyyə matçı 2023-cü ildə yol qəzasında dünyasını dəyişən hokkeyçi Sabrina Navarettin xatirəsinə həsr olunub.