"Bayern"in baş məşqçisi Vensan Kompani münhenlilərin forvardı Harri Keynin zədəsi ilə bağlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Belçikalı çalışdırıcı bunları söyləyib:
"Hazırda təxmin vermək çətindir, amma onun bu il də oynamayacağı ehtimalı var. Lakin o, ilkin olaraq bir neçə oyunu buraxacaq. Siz onu tam olaraq əvəz edə bilməzsiniz. O, yüksək səviyyəli oyunçudur, amma biz bu vəziyyətdən başqa çıxış yolu arayıb- tapacağıq".