"Real”ın baş məşqçisi Zinəddin Zidan "Real Sosyedad”la oyundan sonra (2:1) fikirlərini bildirib.

Offsideplus.az xəbər verir ki, Zidan layiqli qələbə qazandıqlarını vurğulayıb. O, hakimliklə bağlı məsələnin qabardılmasından isə narazılıq edib:
"Hamının hakimlikdən danışması məni məyus edir. Belə çıxır ki, biz meydanda heç bir iş görmürük? Amma biz bu cür danışanlara da nəzarət edə bilmərik. Sadəcə, onu deməliyəm ki, biz meydanda qalib gəlirik. Bu gün də bunu etdik, layiqli qələbə qazandıq. Bu qələbə bizim üçün 9 xala bərabər idi. Amma hələ nə çətini irəlidədir”.

Qeyd edək ki, xalını 65-ə çatdıran "Real" liderliyi eyni xala malik "Barselona"dan alıb.

Matçın icmalı: