Çempionşip (İngiltərənin ikinci divizionu) klubu “Stok Siti”nin baş məşqçisi Maykl O Nil koronavirusa yoluxub.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssisin təhlükəli infeksiya ilə bağlı ilk beş testi mənfi nəticə verib.
O, müsbət testdən sonra videoəlaqə ilə məşqçi qərargahı və futbolçularla əlaqə saxlayaraq özünü təcrid edib.
Çempionşipdə mövsüm iyunun 20-də davam etdiriləcək.