Fransa yığmasının baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqasının 6-cı turu çərçivəsində İtaliya millisi üzərində qazanılan qələbədən sonra maraqlı fikirlər səsləndirib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis mətbuat konfransında bunları söyləyib:

"Biz qələbə qazanmağın çətin olacağını bilirdik, çünki İtaliya yığması əla forma idi. Birinci yeri geri ala bildik və düşünürəm ki, buna layiq idik. Ona görə ki, biz həqiqətən də bir neçə yaxşı iş görmüşük".

Qeyd edək ki, görüş 3:1 hesabı ilə "xoruzlar" üstünlüyü ilə yekunlaşıb.