UEFA Rusiya yığma komandalarının beynəlxalq turnirlərdə iştirakının dayandırılması müddətini uzadıb. 

Offsideplus.az xəbər verir ki, Rusiyanın kişilərdən ibarət millisi Millətlər Liqasında iştirak etməyəcək və avtomatik olaraq B Liqasının 2-ci qrupunda sonuncu yeri tutacaq.

Qadınlardan ibarət yığma Avro-2022-də oynamayacaq və onları Portuqaliya əvəzləyəcək.  
 
Qadınlardan ibarət milli komanda DÇ-2022-nin qalan matçlarında iştirak edə bilməyəcək, komandanın əvvəlki nəticələri ləğv olunacaq. 
 
Rusiyanın gənclərdən ibarət yığması Avro-2023-ün seçmə mərhələsində iştirakdan kənarlaşdırılıb, komandanın əvvəlki nəticələri ləğv ediləcək.