2019/2020 mövsümünün sonunda "Sumqayıt"dan ayrılıb Yunanıstanın "Atromitos" klubuna keçən israilli futbolçu Əmir Ağayevin Azərbaycan millisinə çağırıldığı təsdiqlənib.

Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, futbolçunun millimizin təlim-məşq toplanışına çağırılması ilə bağlı AFFA-dan "Atromitos" klubuna rəsmi dəvət göndərilib.

FIFA-nın müvafiq komissiyasında Əmir Ağayevlə bağlı müraciətə növbəti həftə baxılacaq.

Mövcud qaydalara əsasən, ölkə xaricində çıxış edən hər hansı futbolçunun milli komandaya dəvət olunması üçün müraciət kluba toplanışın başlanma tarixindən ən azı 10 gün əvvəl göndərilməlidir.

*** 13:04

2019/2020 mövsümünün sonunda "Sumqayıt"dan ayrılıb Yunanıstanın "Atromitos" klubuna keçən israilli futbolçu Əmir Ağayevin Azərbaycan millisinə çağırıldığı iddia olunub.

Offsideplus.az "Fosonline.gr" saytına istinadən xəbər verir ki, yığmanın yeni baş məşqçisi Canni De Byazi İsrail əsilli 28 yaşlı yarımmüdafiəçini UEFA Millətlər Liqasının Lüksemburq və Kiprlə oyunlarına dəvət edib.

AFFA-dan Afina klubuna Ağayevin 31 avqust - 8 sentyabr tarixlərinə nəzərdə tutulan təlim-məşq toplanışına qatılması üçün məktub göndərildiyi bildirilib. 

Məsələ ilə bağlı AFFA-dan Offsideplus.az-a verilən açıqlamada bu barədə gün ərzində məlumat veriləcəyi bildirilib. Yeri gəlmişkən, bu tipli açıqlamalar, adətən xəbər təsdiqlənəcəyi halda verilir.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.