Davam edən milli fasilədə "Qalatasaray"ın ulduzu zədələndi. 

Offsideplus.az xəbər verir ki, söhbət Viktor Osimhendən gedir. O, Nigeriya – DR Konqo oyununda zədələnərək fasilədə meydanı tərk edib. 

Fransanın "L’Équipe" nəşri məlumat verib ki, Osimhen fasilədə meydanı “gözyaşları içində” tərk edib.

Zədənin ciddiyyət dərəcəsi hələlik məlum deyil.