DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun son oyunu çərçivəsində keçiriləcək Azərbaycan - Fransa oyunu üçün satışa çıxarılmış bütün biletlər satılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki,Tofiq Bəhramov adına Respublika stadionunun qapıları matçın start fitindən üç saat əvvəl açılacaq.

Qeyd edək ki, Azərbaycan - Fransa matçı 16 noyabr saat 21:00-da start götürəcək.