19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının bu ay keçirəcəyi oyunlarınbaşlama saatı və hakim təyinatları açıqlanıb.

Offsideplus.az xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsində mübarizə aparan U-19 noyabrın 12-də Çexiya ilə üz-üzə gələcək.

Matçı finlandiyalı Oliver Reytala idarə edəcək.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

U-19 noyabrın 15-də Şimali İrlandiya, üç gün sonra Malta ilə münasibətlərə aydınlıq gətirəcək. Bu görüşlərə müvafiq olaraq qazaxıstanlı Sayat Karabayev və Oliver Reytala təyinat alıblar.

İlk iki matç Bakı vaxtı ilə saat 17:30-da, sonuncu oyun isə saat 14:00-da start götürəcək.

Qeyd edək ki, qarşılaşmalar Maltanın Ta Qali şəhərində keçiriləcək.

Milli komandamızın heyəti isə belədir:

Nr. Soyadı / Adı Klub
1 Həbib Hüşənov Qəbələ
2 Ayxan Abbaszadə Turan Tovuz
3 Məhəmmədəli Məmmədov Turan Tovuz
4 Rəşad Alışov Qarabağ
5 Tuncay Əhmədov Marcet (İspaniya)
6 Cavid Məlikov Qarabağ
7 Seydi Danzıyev Sabah
8 Vüsal Paşayev Sumqayıt
9 Nadir Orucov Sumqayıt
10 Ömər Həsənli Zirə
11 Eltun Babazadə Qarabağ
12 Ziya Şəkərxanov Qəbələ
13 Şahin İbrahimov Sabah
14 Əliəkbər Rzazadə Qarabağ
15 Rauf Qafarov Zirə
16 Həsən Nəzərli Ankaragücü (Türkiyə)
17 Anar Hüseynov Sabah
18 Hikmət Cəbrayılzadə Qarabağ
19 Şahismayıl Cəfərov Qarabağ
20 Nihad Orucəli Sumqayıt