Azərbaycan və Macarıstan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu ilə əlaqədar olaraq Mərdəkanda yerləşən “Liv Bona Dea Arena”ya azarkeşlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə xüsusi nəqliyyat xidməti təşkil olunacaq.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, avtobuslar iyunun 10-da saat 18:00-dan 18:30-dək “Koroğlu” metrostansiyasının hava limanı istiqamətindəki çıxışından (piramida formalı çıxış) stadion istiqamətində fəaliyyət göstərəcək.

Nəqliyyatdan yalnız oyun bileti təqdim edən azarkeşlər istifadə edə biləcəklər.

Oyunun başa çatmasının ardından avtobuslar azarkeşlərin “Koroğlu” metrostansiyasına geri daşınmasını təmin edəcək.

Qeyd edək ki, oyunun start fiti iyunun 10-da saat 20:00-da çalınacaq.