Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti sınağına çıxıb.
Offsideplus.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Riqanın "Skonto" stadionunda yerli Latviyaya qarşı mübarizə aparıb.
Bu, 2025-ci ildə yığmamızın ilk səfər matçı olub.
Eyni zamanda, Latviya sınağı düz 1 il öncə milli komandamıza baş məşqçi təyin olunan F.Santuşun 9-cu oyunudur. Portuqaliyalı çalışdırıcı arxada qalan 8 qarşılaşmanın heç birində qələbə qazana bilməyib (1 heç-heçə, 7 məğlubiyyət, topların fərqi 3-24).
Azərbaycan və Latviya yığmaları tarixlərində 6-cı dəfə üz-üzə gəliblər. Bu oyuna qədər qüvvələr nisbəti demək olar, bərabər idi: hərəyə 1 qələbə, 3 heç-heçə, topların fərqi 5-4 bizim xeyrimizə.
7 iyun
Latviya - Azərbaycan 0:0
"Skonto" stadionu. Saat 17:00
Latviya: 23.Rixard Matreviç, 2.Daniel Balodis, 3.Vitali Yaqodinski, 21.Denis Melnik, 25.Krister Penkeviç, 15.Dmitri Zelenkov, 16.Alvis Yaunzem, 7.Eduard Daşkeviç, 20.Maksim Tonişev, 17.Lukas Vapne, 18.Marko Reqza
Ehtiyat oyunçular: 1.Krişyanis Zviedris, 12.Frenk David Orols, 4.Vyaçeslav İsayev, 5.Antoni Çernomordi, 6.Krister Tober, 8.Renar Varslavan, 9.Vladislav Qutkovski, 10.Yanis Ukaunyek, 11.Qleb Zaleyko, 13.Raivi Andris Yurkovski, 14.Andrey Ciqanik, 19.Bruno Melnis, 22.Aleksey Savelyev, 24.Kristap Qrabovski
Baş məşqçi: Paolo Nikolato
Azərbaycan: 1.Rza Cəfərov, 4.Bəhlul Mustafazadə, 14.Elvin Bədəlov (18.Cəlal Hüseynov, 18), 5.Rəhman Daşdəmirov, 17.Toral Bayramov (13.Abbas Hüseynov, 69), 3.Elvin Cəfərquliyev, 6.Səbuhi Abdullazadə (7.Anatoli Nuriyev, 46), 8.Emin Mahmudov (k), 16.Ceyhun Nuriyev (20.İsmayıl İbrahimli, 83), 19.Nəriman Axundzadə (11.Xəyal Əliyev, 69), 10.Mahir Emreli (9.Renat Dadaşov, 83)
Ehtiyat oyunçular: 1.Şahrudin Məhəmmədəliyev, 12.Aydın Bayramov, 2.Zamiq Əliyev, 15.Şahin Şəhniyarov, 21.Mert Çelik, 22.Musa Qurbanlı, 24.Rauf Rüstəmli
Baş məşqçi: Fernandu Santuş
Baş hakim: Trustin Farrugia Cann (Malta)
Baş hakimin köməkçiləri: Luke Portelli, Roberto Vella (hər ikisi Malta)
Dördüncü hakim: Vitālijs Spasjonņikovs (Latviya)