Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası (U-17) Moldovanın paytaxtı Kişinyovda təşkil olunan UEFA İnkişaf Turnirində çıxışını başa vurub.

Offsideplus.az xəbər verir ki, Aqil Nəbiyevin yetirmələri bu gün son görüşdə Estoniyadan olan həmyaşıdlarını sınağa çəkiblər.

Matç estonların 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən qarşılaşmada U-17-nin yeganə qolunu 90-cı dəqiqədə Nicat Kərimov vurub.

Yığmamızın start heyəti belə olub: 12. Nurəziz Əzizov, 2. İsmayıl Səfərli, 4. Rəşad Gülüşov, 5. Səttar Tahirzadə (k), 8. Nihad Cəfərzadə, 11. Pünhan Kərimov, 13. Nihad Hüseynzadə, 14. Onur Əliyev, 16. Ramin Abıyev, 19. Amin Rzayev, 20. Kamil Həsənov.

 Xatırladaq ki, milli komandamız UEFA İnkişaf Turnirində bundan öncə Moldovaya məğlub olmuş (0:1), Gürcüstana isə qalib gəlmişdi (1:0).