Bu gecə keçirilən Dünya Çempionatının Afrika üzrə seçmə mərhələsi çərçivəsində Efiopiya yığması doğma meydanda Misiri qəbul edib.
Offsideplus.az xəbər verir ki, görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın qəhrəmanı Məhəmməd Salah olub. 31-ci dəqiqədə hesabı açan ulduz futbolçu 40-cı dəqiqədə komanda yoldaşı Zizoya məhsuldar ötürmə verərək ikinci qolda əsas rol oynayıb.
Matçda vurulan qolları təqdim edirik: