"Mançester Siti"nin qapıçısı Ştefan Orteqa yayda komandanı tərk edə bilər.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı çərçivə qoruyucusu ilə "Atletiko" yaxından maraqlanır. Bu barədə "Fichajes" portalı məlumat yayıb.
Orteqa 2022-ci ildən "şəhərlilər"də çıxış edir. O, əsas qapıçı Edersonun əvəzedicisidir.