Futbol üzrə Azərbaycan milli komandasının bu ay keçirəcəyi yoldaşlıq oyunlarına hakim təyinatları açıqlanıb.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamızın Haiti ilə görüşünü Türkiyədən olan hakimlər briqidası idarə edəcək.
Belarusla qarşılaşmada isə ədalət prinsiplərini gürcü hakimlər qorumağa çalışacaqlar.
22 mart
Azərbaycan - Haiti
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 21:45
Baş hakim: Kadir Sağlam (Türkiyə)
Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta (hər ikisi Türkiyə)
Dördüncü hakim: Fərid Hacıyev (Azərbayan)
25 mart
Azərbaycan - Belarus
“Bank Respublika Arena”. Saat 21:45
Baş hakim: Aleko Aptsiauri (Gürcüstan)
Baş hakimin köməkçiləri: Davit Axvlediani, Davit Qabisonia (hər ikisi Gürcüstan)
Dördüncü hakim: Tural Qurbanov (Azərbayan)