Belarusda təlim-məşq toplanışı keçirmək üçün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yola düşəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat verib.

Gənclər sözügedən ölkədə iki yoldaşlıq görüşü keçirəcək.

U-21 komandası hazırlıq çərçivəsində noyabrın 16-da və 19-da Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə oyun keçirəcək. Oyunların yeri və başlama saatı haqqında məlumat sonradan paylaşılacaq.