Millətlər Liqasının III turu çərçivəsində Norveç Sloveniyanı qəbul edib.
Offsideplus.az xəbər verir ki, meydan sahibləri "3-0" hesabı ilə qalib gəliblər. Görüşdə "dubl" edən Erlinq Halland yığmada 34-cü qolunu vurub və Norveç millisində rəqib qapılarına ən çox yol tapan futbolçu olub.
Qeyd edək ki, skandinaviyalılar növbəti turda Avstriya ilə qarşılaşacaq.