Xorvatiyada keçirilən 23 yaşadək minifutbolçular arasında dünya çempionatının yarımfinalında məğlub olan millimiz üçüncülük uğrunda görüşə çıxıb.

Offsideplus.az xəbər verir ki, yığmamız Serbiya ilə qarşılaşıb. Komandamız qrupda məğlub olduğu rəqibi ilə yenidən bacarmayıb.

Millimiz qapısından 3 cavabsız qol buaraxaraq turniri 4-cü pillədə başa vurub. 

Qeyd edək ki, bu gün keçiriləcək finalda Çexiya və Slovakiya qarşılaşacaq.