"Seçmə mərhələdə yalnız Lüksemburq üzərində qələbə qazanmışıq. O oyunda da rəqibimiz ikinci qolu öz qapısına vurmuşdu. 3-cü də qapıçının səhvi idi".
Bu sözləri Offsideplus.az-a açıqlamasında Yunis Hüseynov 21 yaşlılardan ibarət millimizin Avropa Çempionatının seçmə mərhələsindəki çıxışı haqqında danışarkən bildirdi.
Mütəxəssis bu gün serbiyalı həmyaşıdları ilə qarşılaşacaq yığmamızdan uğurlu nəticə gözləmədiyini qeyd etdi:
"Millimizin həmişə qələbə qazanmasını istəyərəm, amma bu oyundan gözləntim yaxşı deyil. 21 yaşlılarımız indiyə qədər özlərini yaxşı cəhətdən göstərə bilməyib. Ötən oyunda Lüksemburqla cavab görüşündə məğlub olduq. Serbiya üzərində də qələbə qazanmaları çətin görsənir".