Fransa millisi ciddi itki ilə üzləşib. 

Offsideplus.az xəbər verir ki, komandanın əsas hücumçusu Kilian Mbappe Avropa çempionatının qrup mərhələsinin 2 oyununu buraxacaq.

Burnu sınan forvard iyunun 21-də Niderland, 4 gün sonra isə Polşaya qarşı keçiriləcək matçda meydanda olmayacaq. Komandası mərhələ adlayarsa, kapitan maska ilə mübarizə aparacaq.

Qeyd edək ki, Mbappe AVRO-2024-ün ilk matçında Astriyaya 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada zədələnib.