Almaniya yığmasının hücumçusu Leroy Sane millidəki tərəfdaşı Toni Kroos haqda xoş sözlər deyib.

Offsideplus.az xəbər verir ki, bu barədə o, komandanın mətbuat xidmətinə açıqlama verib:

“Soyunub-geyinmə otağında Kroos bütün digər oyunçuların baxdığı şəxsdir. O, çox şey əldə edib, ona görə də uğurları ona xüsusi status verir. Meydanda Kroos inanılmazdır, onu heç nə aşağı sala bilməz. İşlərin yaxşı getmədiyi anlarda belə, həmişə diqqətini cəmləşdirir. Sadəcə baxırsan və anlayırsan ki, narahat olacaq heç nə yoxdur. Bizə deyir ki, oyunun gedişatını dəyişmək üçün hər şey həmişə öz əlimizdədir. Üstəlik, onun varlığı həqiqətən də rəqibini qorxuda bilər. O, bizə çox kömək edir və komanda üçün inanılmaz dərəcədə faydalıdır”.