Futbol üzrə Azərbaycan yığma komandasının heyətindən 2 futbolçu kənarlaşdırılıb. 

Offsideplus.az xəbər verir ki, Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Anton Krivotsyuk və Abdulla Xaybulayev heyətdən çıxarılıblar.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. 

Qeyd edək ki, yığmamız iyunun 9-da San Marino ilə yoldaşlıq oyununa çıxacaq.