Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün üçüncü oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, B qrupunda Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 1:0 hesablı qələbəyə sevinib.
Matç Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilib.
Qalibiyyət qolunu 42-ci dəqiqədə Əli Bəşirov vurub.



