Azərbaycan U-21 yığması yoxlama oyununda qüvvəsini sınayıb.
Offsideplus.az xəbər verir ki, Bakıda təlim-məşq toplanışı edən Rəşad Eyyubovun komandası I Liqa təmsilçisi "Səbail"lə üz-üzə gəlib.
Görüş "Dalğa Arena"nın məşq meydanında baş tutub.
U-21 minimal hesabla qələbə qazanmağı bacarıb - 1:0.
Yeganə qolu Murad Ələkbərov vurub.
Qeyd edək ki, gənclər sabah daha bir yoxlama oyunu keçirəcək. Budəfəki rəqib "Şamaxı" olacaq.


