“Real Betis”in yarımmüdafiəçisi İsko 6 ildən sonra İspaniya millisinin heyətinə dəvət alıb.

Offsideplus.az xəbər verir ki, sonuncu dəfə 2019-cu ilin iyununda yığmada meydana çıxan 33 yaşlı futbolçu bu mövsüm əla performans göstərib. O, bütün turnirlərdə 32 oyunda forma geyinib, 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. İsko “Real Betis”in Konfrans Liqasının finalına yüksəlməsində əsas fiqurlardan biri olub.

Qeyd edək ki, İspaniya millisi Millətlər Liqasının “Dördlər finalı” çərçivəsində iyunun 5-də Fransa ilə qarşılaşacaq.