Fransa millisinin futbolçusu Uesli Fofana komanda yoldaşı Kilian Mbappenin İsveçdə gecə klubunda əylənməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Offsideplus.az "ESPN"ə istinadən xəbər verir ki, müdafiəçi bunları söyləyib:

"İnsanlar boş vaxtlarında istədiklərini edə bilərlər. O, istədiyini edir. Kilian peşəkardır. Daha çox məlumat almaq üçün ondan bu haqda soruşmalısınız".

Qeyd edək ki, Kilian Mbappe İsrail və Belçikaya qarşı Millətlər Liqası matçları üçün Fransanın heyətinə daxil edilməyib.