Kilian Mbappenin İsveçdə təcavüz skandalı iddiaları davam edir.

Offsideplus.az xəbər verir ki, İsveç polisi yerli mətbuata futbolçunun gecə klublarından birində yaşanan təcavüzlə bağlı istintaqa cəlb olunduğunu təsdiqləyib. Məsələ ilə əlaqədar fransız hücumçunun agenti bu sözləri deyib:

"Kilian tək deyil. O, heç vaxt özünü risk altına salacaq bir situasiyaya sala bilməz. Buna görə də, bu məsələ ilə bağlı Kilianın yanlış hərəkət etməsi mümkün deyil. Kilian tamamilə sakitdir, lakin mediada yayılan xəbərlərdən təəccüblənib. Ona qarşı iddia olunanlar gerçək deyil və bunları qətiyyən başa düşmür". 

Qeyd edək ki, İsveç polisi araşdırmalara davam edir.