Jerar Pike ilə qalmaqallı ayrılığından sonra Şakiranın adı yeni idmançı ilə hallanır. 

Offsideplus.az xəbər verir ki, kolumbiyalı müğənni "Formula 1" üzrə 7 qat dünya çempionu, "Mercedes"də çıxış edən Lüis Hemiltonla birgə görüntülənib. Britaniyalı pilot və Şakira Mayami Qran Prisindən sonra şəhərdəki restoranlardan birində şam yeməyində bir araya gəlib. 

Qeyd edək ki, Pike və Şakira futbolçunun xəyanəti səbəbindən iyunun 4-də ayrılıblar.