DÇ-2022-də diqqətləri üzərinə çəkən xorvat model İvana Knollun Bakıya gəlişi dünya mediasının da gündəmində olub.
Offsideplus.az xəbər verir ki, Böyük Britaniyanın “Daily Star” qəzeti modelin "Formula 1" üzrə Azərbaycan Qran-prisində qonaq kimi iştirakından bəhs edib.
Məlumata görə, model "Formula 1" pilotları ilə tanış olmaq fürsəti də əldə edib. Media onun daha çox "Ferrari"nin pilotu Şarl Leklerlə səmimi fotolar paylaşmasına diqqət çəkib. Modelin pilotun qarşısında dayanıb gülümsəyərək çəkdiyi fotonu paylaşması onlar arasında səmimi münasibətin olduğu barədə iddiaların səsləndirilməsinə səbəb olub.
Qəzet yazır ki, model digər pilotlarla fotolar çəksə də, o daha çox məhz Şarl Leklerlə vaxt keçirib. Həmçinin qeyd edilir ki, monakolu pilot sevgilisi Şarlotta Sinedən
ayrılandan sonra hansısa qadınla yanaşı görülməyib.