Kristiano Ronaldo "Mançester Yunayted”də çıxış edərkən iki qadının telefon nömrəsi müqabilində lüks avtomobilindən imtina edib.

Offsideplus.az xəbər verir ki, bu barədə Mançester təmsilçisinin keçmiş masajçısı Rod Tornli "Under The Cosh” podkastına açıqlamasında deyib. 

Onun sözlərinə görə, Ronaldo 2003-2009-cu illər arasında müğənni Kimberli Uayt və Kayli Minoqun bacısı Danninin telefon nömrələrini istəyib. Tornli açıqlamasında deyir:

"Mən onu masaj edərkən televizorda "X Factor” var idi. "Bu qız kimdir?" deyə soruşdu. Kayli Minoqun bacısı Danni Minoqu nəzərdə tuturdu. Sonra məndən onun nömrəsini istədi. O vaxt masajçı olsam da, çevrəm geniş idi. 4-5 gün ərzində Danni Minoqun nömrəsini tapıb ona verdim. Dəfələrlə görüşdülər, ancaq aralarında əhəmiyyətli bir şey olmadı”.

gre

Tornli 2009-cu ildə "Real”la müqavilə bağlamazdan qısa müddət əvvəl Ronaldonun ona Uaytın telefon nömrəsini tapmaq müqabilində yarı qiymətinə "Cabriolet Porsche” verməyi təklif etdiyini də deyib: "Şənbə gecəsi "The X Factor” yenidən efirə çıxdı. O, Kimberli Uaytın nömrəsini istədi. "Əvəzində mənə nə verəcəksən?” dedim. Qızların nömrəsini alırdım, amma Ronaldodan heç nə qazana bilmirdim. O, cavab verdi: "Xoşunuza gəlirmi mənim avtomobilim? "Real”a gedəndə yarı qiymətinə satacağam". Uaytın nömrəsini tapmaq cəmi 10 dəqiqə vaxtımı aldı. Nömrəni ona çatdırdım. Təbii ki, mövsümün sonunda mənə verdiyi sözün hələ də qüvvədə olub-olmadığını soruşdum. Bəli, Ronaldo sözünü tutdu. Ona 60 minlik maşına görə 30 min pul verdim. Ertəsi gün avtomobili 50 minə satdım”.(qaynarinfo.az)

vd