"Qalatasaray" klubunun argentinalı hücumçusu Mauro İkardi xanımı Vanda Naranın çılpaq fotosunu paylaşıb.
Offsideplus.az xəbər verir ki, tez-tez ayrılıb barışmaqları ilə gündəm olan cütlük bu dəfə də diqqətləri çəkməyi bacarıb.
Belə ki, İkardi İnstaqram hesabının "hekayə" bölməsində Vandanın çarpayıda uzandığı çılpaq fotosunu paylaşıb.
O, paylaşımında bu sözləri yazıb: “Sən mənim xanımım, yeganə sevgim, bu həyat aləmində kraliçam və qızlarımın anasısan, səni sevirəm”.
Lakin futbolçu, izləyicilərin sərt reaksiyalardan sonra şəkli silib.