"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi və Vanda Nara arasında növbəti gərginlik yaşanıb.
Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, argentinalı ulduz sahibi olduğu, lakin həyat yoldaşı Vanda Nara və uşaqlarının istifadə etdiyi özəl təyyarəni geri alıb. Bundan əlavə, İkardi Vandanın kredit kartlarını da blok etdirib. Nara bunu alış-veriş zamanı öyrənib və özündən çıxıb.
Vanda Nara ilə yollarını ayıra Mauro uşaqları Françeska və İzabellanın qəyyumluğunu alması və ya ortaq qəyyumluq etməsi üçün vəkillərinə göstəriş verib.