"Qalatasaray"ın futbolçusu Mauro İkardi Vanda Naranı agenti vəzifəsindən azad edib.

Offsideplus.az "Hürriyet"ə istinadən xəbər verir ki, Vanda PSJ-dən Türkiyə klubuna transferinə görə argentinalı futbolçudan 1 milyon avro tələb edib. İkardi isə cavab olaraq, onu qovub.

Qeyd edək ki, 8 ildir evli olan cütlük, ötən ay ayrılıblar. Nara İkardinin "İnter"dən PSJ klubuna transferində böyük rol oynayıb.