Maurro İkardinin meneceri və həyat yoldaşı Vanda Nara argentinalı ulduzdan ayrılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Vanda Nara instaqram hesabından məlumat yayıb. Detalları paylaşmaq istəməyən Nara bu sözləri deyib:

"Bu anı yaşamaq mənim üçün çox çətindir. Lakin yaşananlar və mətbuatdakı şayiələri nəzərə alsaq, bunun məndən eşidilməsi daha uyğundur. Bu ayrılıq qərarı ilə bağlı detallara girməyəcəm. Xahiş edirəm, təkcə mənim üçün yox, uşaqlarımız üçün də anlayışlı olun".

Qeyd edək ki, hazırda "Qalatasaray" forması geyinən İkardi 2021-ci ilin son aylarında Vanda Naraya xəyanət etmiş, bu olayın ardınca isə Nara həyat yoldaşından ayrıldığını bildirmişdi. Bir müddət sonra İkardi sosial şəbəkə hesablarından üzr istəmiş və cütlük bir araya gəlmişdilər.