Jerar Pikenin xəyanəti ilə 11 illik münasibətlərinə son qoyulan Şakira bu mövzuda ilk dəfə danışıb.

Offsideplus.az "Elle" nəşrinə istinadən xəbər verir ki, 45 yaşlı müğənni Pikenin gənc qadınla onu aldatması barədə fikir bildirmək istəməyib:

"Bu məsələ barədə danışmaq çox çətindir. Xüsusilə də, hələ də bunun təsirindən çıxmağa çalışarkən. Karyeramı ikinci plana atıb, onun üçün İspaniyaya gəldim. Onun futbol oynamasını və titullar qazanmasını dəstəklədim. Hamısı sevgi üçün edilmiş fədalar idi. Şükürlər olsun ki, buna görə uşaqlarım yaxşı anaya sahib ola bildi. Bu, təkcə mənim üçün yox, eyni zamanda uşaqlarım üçün də ağırdır. Onları qorumağa çalışıram, çünki həyatımdakı əsas məqsədim budur".

Qeyd edək ki, Pike və Şakira futbolçunun xəyanəti səbəbindən iyunun 4-də ayrılıblar.