Fransanın PSJ klubunun argentinalı hücumçusu Mauro İkardi və xanımı Vanda Nara haqda yeni xəbər yayılıb.
Offsideplus.az "The Sun" nəşrinə istinadla xəbər verir ki, futbolçunun 2020-ci ildə həyat yoldaşı və meneceri Vanda Naranın xəyanəti səbəbindən "İnter" komandasından ayrıldığı bildirilib. Belə ki, Vandanın İkardinin sabiq komanda yoşdalı Marselo Brozoviçlə əlaqələrinin olduğu və 29 yaşlı futbolçunun xəyanətə uğraması səbəbindən A Seriyası klubunun sıralarını tərk etdiyi qeyd olunub.
Qeyd edək ki, Mauro İkardi 2020-ci ildə "İnter"i PSJ-yə dəyişib.