"Barselona"nın argentinalı ulduzu Serxio Aquero ürəyində yaranan ciddi problemə görə bugünlərdə 33 yaşında futbolçu karyerasını rəsmən bitirdi.

Offsideplus.az "SunSport" nəşrinə istinadən xəbər verir ki, klub karyerası ərzində 386 dəfə rəqib qapılarına yol tapan hücumçu bundan sonra diqqətini bahalı mülkləri, maşınları və ən sevdiyi tətil əyləncəsinə yönəldəcək. Belə ki, Aquero illərlə böyük bir maşın kolleksiyası yığıb. Argentinalının "qaraj"ında bahalı avtomobil markaları mövcuddur. Aqueronun ən son aldığı avtomobil isə "Ferrari SF90 Stradale" elektrik superkarıdır. Maşının nə az, nə çox 430 min avro qiyməti var. Bundan əlacə sabiq futbolçunun "Lamborghini Aventador" adlı son model avtomobili də var. Onun avtomobil kolleksiyasını "bəzəyən" maşınlardan biri də "Range Rover"dir.

car

yryer

Aquero həm də tətil həvəskarıdır. O, hələ karyerasını bitirməzdən əvvəl - ötən həftə sevgilisi Sofia Kalzetti ilə Dubaya yollanmışdı. Cütlük bundan əvvəl Florida ştatının Mayami şəhərinə yollanmışdı. Aquero Baham adalarına səyahət etməyi də çox sevdiyini deyib. 

Cütlüyün şəxsi yaxtaları da mövcuddur.

hiiy

jti

titi