Dünyanın yaşıl meydanlarında top qovan futbolçular həm də fiziki görkəmlərinə xüsusi önəm verirlər.

Bu mənada onların çoxu futbol məşqindən əlavə vaxtlarını fitness zallarında keçirir. Hətta, elələri də var ki, şəxsi idman zallarına sahibdirlər.

Offsideplus.az fit görünüşə malik bəzi futbolçuları sizə təqdim edir:

Kriştiano Ronaldo

ü5tü

Yeniyetmə yaşlarında məşqçiləri tərəfindən daim cılız olduğuna görə gülüş hədəfinə çevrilən portuqaliyalı ulduz qarşısına məqsəd qoyur və ideal bədən formasına çatır. İllər əvvəl verdiyi müsahibələrin birində "Bədənimi inkişaf etdirmək üçün hərəkətə keçdim. Hər şey iradəmə bağlı idi və bunu da bacardım. Hər şey insanın öz əlindədir" sözlərini işlətmişdi. Hazırda "36"da olan Kriştiano fiziki görünüşü ilə 23 yaşlı biri təsəvvürünü yaradır.

files fbl eur c1 realmadrid juventus 8f3c6fee 8f3e 11e8 90d0 8f805b857cc7

Markus Reşford

 118136744 hi066848647

"Mançester Yunayted"in hücumçusu Markus Reşford da fiziki görünüşünü düşünən futbolçulardandır. 23 yaşlı ingilis bu yöndə motivasiyanı hazırki komanda yoldaşı Kriştiano Ronaldodan aldığını dilə gətirib.

ey33

Robert Levandovski

ey3336

Münhen "Bavariya"sının "qol maşını" Robert Levandovski də fit bədən quruluşu ilə seçilən futbolçulardandır. 33 yaşlı polyak hücumçu isə bunu həyat yoldaşı Annaya borcludur. Belə ki, onun proqramı əsasında qidalanan və məşq edən Leva bugünkü bədən quruluşuna sahib olub.

NINTCHDBPICT000582312333

Adama Traore

eyry3

"Vulverhempton"un ispaniyalı vingeri hazırda dünya futbolunda "bodibilder" kimi tanınır. Futbolçudan çox atletika idman növü ilə məşğul olan birinə bənzəyən 25 yaşlı Traore maraqlı açıqlaması ilə də diqqət çəkib. Belə ki, o, indiyədək bu vücuda shaib olmaq üçün ağır məşq etmədiyini bildirib. 1.78 sm boya sahib olan futbolçunun çəkisi 72 kiloqramdır.

adama traore