Avtomobil kolleksiyası bol olan Kriştiano Ronaldo həm də təyyarə sahibidir.

Offsideplus.az xəbər verir ki, 37 yaşlı portuqaliyalı hücumçunun şəxsi təyyarəsinin bir sıra özəllikləri var. Ronaldonun 2015-ci ildə 25 milyon dollara aldığı "Gulfstream G200" adlı hava nəqliyyatı ikiqat mühərrikə sahibdir.

Təyyarənin daxilində bir yataq mövcuddur. Kriştianonun təyyarəsi 560 mil/saat sürətlə hərəkət edir. Bu o deməkdir ki, futbolçu Turin şəhərindən sahibi olduğu Portuqaliyanın Madeyra adasına çatmaq üçün cəmi 25 dəqiqəsini sərf edir.

Minik vasitəsinin göyərtəsində eyni anda 8-10 nəfərin səyahət etməsi mümkündür. "Gulfstream G200" 3,910 mil məsafəyə rahat uçuş həyata keçirmək imkanına malikdir.

maxresdefault

NINTCHDBPICT000580905553

r5

r3

r1