"Beşiktaş"la çempionluq yaşayan Sərgən Yalçınla bağlı maraqlı fakt ortaya çıxıb.
Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 48 yaşlı mütəxəssis ukraynalı modellə eşq yaşayır. Yelizaveta Karibskaya adlı xanımın 22 yaşı var. Karibskaya "Beşiktaş" çempion olan gecə göz yaşlarını saxlaya bilməyib və bu barədə "instaqram" hesabında paylaşım edib.
Lakin çox keçmədən Sərgən Yalçın ona sosial şəbəkə hesabını dondurmağı tapşırıb. Yelizavetanın "Beşiktaş"ın ev oyunlarını stadiondakı xüsusi otaqda izlədiyi və baş məşqçi ilə modelin sevgi münasibətində olduğunu komanda üzvlərinin bildiyi də yayılan xəbərlər arasındadır. Cütlüyün birgə tətil planları haqda düşündüyü deyilir.