Italiya millisinin, eləcə də Milan "İnter"inin sabiq müdafiəçisi Daniele Adani maraqlı iddia ilə çıxış edib.

Offsideplus.az xəbər verir ki, 46 yaşlı mütəxəssis canlı yayım platforması olan "Twitch"də "İnter"dəki sabiq komanda yoldaşı Kristian Vyeri ilə həmsöhbət olub. Söhbət əsnasında müxtəlif mövzulara toxunulub, vaxtaşırı intim əlaqənin idmançıların orqanizmə təsirindən bəhs edilib. 

Həmin an Adani o qədər də inandırıcı olmayan iddia ilə diqqətləri üzərinə çəkib. O, PSJ-nin hücumçusu Mauro İkardinin həyat yoldaşı və meneceri Vanda Nara ilə hər gün 12 dəfə sekslə məşğul olduğunu deyib.