PSJ klubunun argentinalı ulduzu Mauro İkardinin xanımı Vanda Nara Paris təmsilçisinin dünən Çempionlar Liqasında "Barselona"nı 4:1 hesabı ilə məğlub etdiyi oyundan sonra paylaşım edib.
Offsideplus.az xəbər verir ki, həm də hücumçunun meneceri olan Nara "instagram" hesabında PSJ forması ilə şəklini izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, İkardi "Barselona" ilə matçda 90 dəqiqə meydanda olub.