"Qəbələ”nin sabiq futbolçusu Dodo maraqlı hərəkəti ilə yadda qalıb.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı braziliyalı futbolçu latviyalı sevgilisi Yekaterinanın ad günündə onun qucağına çıxıb.
Qeyd edək ki, əsl adı Luiz Paulo İlario olan Dodo 2011-2016-cı illərdə "Qəbələ”də çıxış edib. O, Azərbaycan çempionatında 131 oyuna 23 qol vurub. O, 2019-cu ilin yanvarından Latviyanın "Liepaya” klubunun üzvüdür.